“Gördüm ki, arvadıma təcavüz edir” - Ev sahibinin başını kəsən kişi

“Gördüm ki, arvadıma təcavüz edir” - Ev sahibinin başını kəsən kişi
SOSİAL
15:19 09.10.2017
3904
Bakıda namus üstündə qətl törətməkdə təqsirləndirilən İlkin Əhmədovun cinayət işi üzrə məhkəmə iclası davam edib.
 
Bakı Ağır Cinayətlər Məhkəməsində  hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə söz dövlət ittihamçısına verilib. Prokuror ittiham aktının nəticəvi hissəsini elan edib.

İ.Əhmədov özünü cinayətə görə tam təqsirli bildiyini deyib.

Məhkəmədə sərbəst ifadə verən İlkin Əhmədov qeyd edib ki, evləndikdən sonra Binə qəsəbəsində həyat yoldaşı ilə kirayə yaşayıb: ""Fialın evində qalırdıq.
 
Fialın yaşadığı ev də arxada idi. Hadisədən əvvəl pivə alıb gətirdim. Onunla birgə pivə içdim. Bir-birimizə qardaş deyirdik. Gecə saat 4 radələrində Fial dedi ki, qazın sayğacının balansında pul qurtarıb. Birgə mağazaya getdik. Sonra o yoldan geri qayıtdı, işinin olduğunu söylədi. Evə qayıdanda Fialın arvadıma təcavüz etdiyini gördüm. Əlimə bıçaq alıb onu vurdum".
 
Qeyd edək ki, hadisə bu ilin aprel ayında baş verib. Suraxanı rayonunun Binə südçülük sovxozu adlanan ərazidə kirayədə yaşayan, 1992-ci il təvəllüdlü İlkin Səməd oğlu Əhmədov ev sahibi, 1991-ci il təvəllüdlü Fial Elzibar oğlu İsmayılovu qətlə yetirilib.
 
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları çıxıb. Meyitə ilkin baxış keçirilərkən onun üzərində 4 bıçaq zərbəsi və boğazının kəsildiyi məlum olub.
 
İlkin araşdırmalarla müəyyən edilib ki, İ.Əhmədov uzun müddətdir,  F.İsmayılovun evində kirayədə yaşayıb. İ.Əhmədov ev sahibi F.İsmayılovun həyat yoldaşı ilə münasibətlərindən şübhələnib. Sonra onları münasibətdə olarkən yaxalayıb. Nəticədə onların arasında dava düşüb və İ.Əhmədov F. İsmayılovu qətlə yetirib.
 
Hadisəni törədən İ.Əhmədov saxlanılıb.
///lent.az
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bakıda kişi “lyuk”a düşdü - Anbaan VİDEO
15:16 27.06.2025
Bakıda kişi “lyuk”a düşdü - Anbaan VİDEO
Prezident: Bəzi dairələr Azərbaycan-İran əlaqələrinə xələl gətirmək üçün şayiələrə əsaslanan məlumatlar yayıb
15:01 27.06.2025
Prezident: Bəzi dairələr Azərbaycan-İran əlaqələrinə xələl gətirmək üçün şayiələrə əsaslanan məlumatlar yayıb
Səfir: İsraillə qarşıdurma ilə əlaqədar Azərbaycanın mövqeyi İranda yüksək qiymətləndirilib
14:54 27.06.2025
Səfir: İsraillə qarşıdurma ilə əlaqədar Azərbaycanın mövqeyi İranda yüksək qiymətləndirilib
Azərbaycanda Bilyard Akademiyası fəaliyyətə başladı
14:52 27.06.2025
Azərbaycanda Bilyard Akademiyası fəaliyyətə başladı
Yaponiya XİN başçısı vətəndaşların İrandan təxliyəsinə görə Azərbaycana təşəkkür etdi
14:38 27.06.2025
Yaponiya XİN başçısı vətəndaşların İrandan təxliyəsinə görə Azərbaycana təşəkkür etdi
Azərbaycan manatının dövretmə sürəti artdı
14:19 27.06.2025
Azərbaycan manatının dövretmə sürəti artdı
Bu yay 5 bürcü yeni imkanlar gözləyir - Kariyera, eşq...
14:06 27.06.2025
Bu yay 5 bürcü yeni imkanlar gözləyir - Kariyera, eşq...
ABŞ, Çin, Avstraliya vətəndaşları İrandan Azərbaycan vasitəsilə təxliyə olunub
13:44 27.06.2025
ABŞ, Çin, Avstraliya vətəndaşları İrandan Azərbaycan vasitəsilə təxliyə olunub
Prezident İranın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
13:32 27.06.2025
Prezident İranın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Yevlaxda 20 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb, 16 nəfər saxlanılıb
13:17 27.06.2025
Yevlaxda 20 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb, 16 nəfər saxlanılıb
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin xalis mənfəəti 12 dəfə artdı
13:01 27.06.2025
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin xalis mənfəəti 12 dəfə artdı
Minskdə Aİİ liderlərinin məhdud tərkibdə görüşü başlayıb
12:45 27.06.2025
Minskdə Aİİ liderlərinin məhdud tərkibdə görüşü başlayıb
"Daha marş yazmayacağam" - Cavanşir Quliyev
12:43 27.06.2025
"Daha marş yazmayacağam" - Cavanşir Quliyev
“Cibinə siqaret al, qoy” deməsi üstündə qətl... - 20 illik dostunu öldürüb
12:35 27.06.2025
“Cibinə siqaret al, qoy” deməsi üstündə qətl... - 20 illik dostunu öldürüb
Milyonluq toyun ilk günü - FOTOLAR
12:33 27.06.2025
Milyonluq toyun ilk günü - FOTOLAR
"Qəbələ” Elvin Yunuszadə ilə yollarını ayırıb
12:28 27.06.2025
"Qəbələ” Elvin Yunuszadə ilə yollarını ayırıb