Aparıcı Xoşqədəm Hidayətqızı Göyçayda itlərə işgəncə verilməsi ilə bağlı görüntülər paylaşıb.
AZXEBER.COM xəbər verir ki, aparıcı heyvanların ac saxlanıldığını iddia edib.
Aparıcının sözlərinə görə heyvanlar bağlı şəraitdə saxlanılır:
"Bu videonu Göyçaydan göndəriblər. Deməli, oktyabrdan itləri aparıb bir tövləyə yığıblar. Orada ac, susuz saxlayırlar. Görəsən, rayon rəhbərliyinin bundan xəbəri var? Heyvanlara qarşı acımasız olan yaxşı bir insan ola bilməz" deyə, Xoşqədəm paylaşımında yazıb.
Aysel