"Görəsən, Zelenski bu qədərmi aldanıb? Biz bilirdik, amma o yox?"

"Görəsən, Zelenski bu qədərmi aldanıb? Biz bilirdik, amma o yox?"
DÜNYA
15:41 10.03.2022
985
"Hər gün sivil Ukrayna xalqınının və ölkənin infrastrukturunun dağıdılmasının şahidi oluruq. Müharibə başlayan gündən real vəziyyətdən və emosionallığı kənara qoya bilən analitiklər, o cümlədən mən Qərbin Ukraynaya lazimı və vacib dəstəyini etməyəcəyini yazırdıq. Təbii ki, belə oldu və olur".
 
AZXEBER.COM xəbər verir ki, bu sözləri politoloq Gülsel Səfərova deyib.
  
O deyib ki, Zelenski öncədən bu gedişatı proqnozlaşdırmalı idi:
 
"Maraqlıdır, görəsən Zelenski bu qədərmi aldanıb? Biz bilirdik, amma o bilmədimi? Suallar məni müharibə barədə başqa versiyaya gətirib çıxardır. Zelenski məxfi sənədlərə, eləcə də kəşfiyyat məlumatlarının dərinliklərinə bələddir, biz yox. ABŞ və Rusiya tarixən hər zaman öz maraqları naminə ölkəni məhv ediblər. Bəs Ukrayna bunu bilmirdimi? Gördüyümüz səhnədə oyunçulardır. Müharibənin 15-ci günündə əvvəldən dəqiq ssenarinin olduğu qənaətindəyəm. Hələ yanvarda Qazaxıstandan baş verən hadisələr fonunda Qərb mətbuatının gündəmini Ukrayna zəbt etmişdi. Müharibənin ola bilməsi barədə yazılar dərc olunurdu.
 
İndi gördüyümüz vəziyyət - Qərbin sanksiyalarının ardıcıllığı, Rusiyanın hücum taktikalarının davamiyyəti. Hər gün eyni, heç nə dəyişmir. Arada olan informasiya yalan maşınını isə Rusiya elə özü idarə edir. Onlar bu sahədə ABŞ-a da dərs keçərlər. Zelenski deyib ki, Ukraynanı elə bir formada dəstəkləyin ki, təhlükəsizliyimiz təmin olunsun. "Bu da edilmədi. İndi işğal altındayıq". Təhlükəsizliyinin qarantını almadan Rusiyaya meydan oxumaq heç Qərbin də cürəti çatmadı. Suallar çoxdur. Cavablar isə Putin, Zelenski və Baydendədir. Müharibədən çox, yazılmış ssenari üzrə əməlliyyata bənzəyir. Qurbanlar isə sadə Ukrayna vətəndaşlarıdır. Bədəl onlardır.
OXŞAR XƏBƏRLƏR