“Görün, “Qarabağ” nə etdi?!” – “Atletiko”nun prezidenti

“Görün, “Qarabağ” nə etdi?!” – “Atletiko”nun prezidenti
İDMAN
16:38 26.12.2017
1641

"2017-ci il bizim üçün tarixi il oldu. Çünki yeni stadiona köçdük. Bu isə 50 ildən bir olan hadisədi”.

 

Apasport.az saytı xəbər verir ki, bu sözləri "Atletiko”nun prezidenti Enrike Serezo deyib.

 

Madrid təmsilçisinin rəhbəri AS nəşrinə müsahibə verib. Geridə qalan ili dəyərləndirən Serezo ötən mövsümü özləri üçün uğurlu hesab edir: "Ötən mövsüm La Liqada 3-cü yeri tutduq, Çempionlar Liqasında isə yarımfinala qədər irəlilədik. Buna görə 2017-ci ili tarixi, "Atletiko” üçün ən yaxşı illərdən biri hesab edirəm”.

 

Serezo söhbət əsnasında komandasının cari mövsümdə Çempionlar Liqasındakı uğursuz çıxışına da münasibət bildirib. O, növbəti dəfə "Qarabağ”la qarşılaşmaları yada salaraq, "Atletiko”nun qrupda qalmasını bununla əlaqələndirib: "Bu mövsüm Çempionlar Liqasında mübarizəni erkən dayandırmağımız bizim üçün ağır zərbə oldu. Düşünürəm ki, bəxtimiz gətirmədi, şanssızlıq yaşadıq. Romada keçirdiyimiz ilk oyunda qələbə qazanmalı idik. Çünki həmin matçda xeyli sayda qol epizodu yaratmışdıq. "Qarabağ”la qarşılaşmaları da yada salmaq istərdim. Onlarla hər iki görüşədə heç-heçə etdik. Halbuki bunların birində qalib gələ bilərdik. "Qarabağ”ı məğlub edə bilmədiyimiz üçün məqsədimizə çatmaq mümkün olmadı”.

 

Futbol funksioneri Avropa Liqasını qazanmağı hədəflədiklərini sözlərinə əlavə edib. Futbolu bir tapmaca adlandıran Serezo "Qarabağ”ın Çempionlar Liqasında qrupa vəsiqə qazanmasını nümunə göstərib: "Komanda üzləşdiyi çətinlikləri geridə qoymalıdı. İndi biz Avropa Liqasında oynayacağıq. Çempionlar Liqasında olduğu kimi, Avropa Liqasını da qazanmaq üçün eyni istəyi göstərəcəyik. Avroliqada da yaxşı komandalar mübarizə aparır. Eyni anda 3 turnirdə yarışırıq və mövsümü titulla başa vurmaq istəyirik. Görün, "Qarabağ” nə etdi?! Futbol bir tapmacadı”.

 

Qeyd edək ki, Çempionlar Liqasında "Çelsi”, "Roma” və "Qarabağ”la eyni qrupda mübarizə aparan "Atletiko” 3-cü yeri tutaraq, Avropa Liqasında oynamaq hüququ qazanıb. İspaniya nəhəngi "Qarabağ”la Bakıda 0:0, Madriddə isə 1:1 hesablı heç-heçə oynayıb.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Prezident Qlobal Media Forumundan paylaşım etdi - VİDEO
23:54 19.07.2025
Prezident Qlobal Media Forumundan paylaşım etdi - VİDEO
Paolo von Şirak: Azərbaycan inkişaf edən gənc və gələcəyi parlaq ölkədir - VİDEO
23:46 19.07.2025
Paolo von Şirak: Azərbaycan inkişaf edən gənc və gələcəyi parlaq ölkədir - VİDEO
Aİ bu tarixdən benzinlə işləyən avtomobilləri qadağan edəcək
23:37 19.07.2025
Aİ bu tarixdən benzinlə işləyən avtomobilləri qadağan edəcək
Dağıstanda yol qəzasında 18 uşaq yaralanıb
23:21 19.07.2025
Dağıstanda yol qəzasında 18 uşaq yaralanıb
Suriya qüvvələri Əs-Suveydanın şimal və qərbində mövqe tutub
23:06 19.07.2025
Suriya qüvvələri Əs-Suveydanın şimal və qərbində mövqe tutub
Çin Tibetdə dünyanın ən böyük su elektrik stansiyasının tikintisinə başlayıb
22:52 19.07.2025
Çin Tibetdə dünyanın ən böyük su elektrik stansiyasının tikintisinə başlayıb
"Neftçi"nin yeni transfer hədəfi məlum oldu
22:42 19.07.2025
"Neftçi"nin yeni transfer hədəfi məlum oldu
Tramp: "İranın yeni nüvə obyektləri məhv edilə bilər"
22:24 19.07.2025
Tramp: "İranın yeni nüvə obyektləri məhv edilə bilər"
Sumqayıtda tanışını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanıldı
22:05 19.07.2025
Sumqayıtda tanışını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanıldı
Prezident: Azərbaycan ilə Ermənistan arasında etimadın zəmanəti beynəlxalq hüquq normaları olmalıdır
21:54 19.07.2025
Prezident: Azərbaycan ilə Ermənistan arasında etimadın zəmanəti beynəlxalq hüquq normaları olmalıdır
Ukrayna Rusiyaya yeni danışıqlar raundu keçirməyi təklif edib
21:43 19.07.2025
Ukrayna Rusiyaya yeni danışıqlar raundu keçirməyi təklif edib
“Azərbaycan mediasının inkişafı məni çox sevindirir” - İlham Əliyev
21:39 19.07.2025
“Azərbaycan mediasının inkişafı məni çox sevindirir” - İlham Əliyev
İlham Əliyev: Fransa ilə Yeni Kaledoniya arasında baş verən hadisə tarixi presedentdir
21:33 19.07.2025
İlham Əliyev: Fransa ilə Yeni Kaledoniya arasında baş verən hadisə tarixi presedentdir
ADSEA jurnalistlərin 150 illik yubiley bayramını təbrik etdi - FOTOLAR
21:27 19.07.2025
ADSEA jurnalistlərin 150 illik yubiley bayramını təbrik etdi - FOTOLAR
Azərbaycan Prezidenti: Artıq cənnətin kiçik bir parçasını öz gözlərimizlə görürük
21:06 19.07.2025
Azərbaycan Prezidenti: Artıq cənnətin kiçik bir parçasını öz gözlərimizlə görürük
Prezident: Biz xarici investorları enerji sektoruna cəlb edirik
21:02 19.07.2025
Prezident: Biz xarici investorları enerji sektoruna cəlb edirik