Görünməmiş “COVID-19” yoluxması: İlk dəfə pişikdən insana keçdi

Görünməmiş “COVID-19” yoluxması: İlk dəfə pişikdən insana keçdi
DÜNYA
13:25 20.06.2022
312
"Covid-19” virusunun ilk dəfə pişikdən insana keçdiyi müəyyən edilib.

AZXEBER.COM xəbər verir ki, görünməmiş hadisə Taylandda baş verib.

Taylandda təxminən bir ildir ki, aparılan elmi araşdırmalar nəticəsində "Covid-19”un ilk dəfə pişikdən insana keçdiyi müəyyən edilib. Aparılan araşdırma nəticəsində, keçən il virusa yoluxan olan 32 yaşlı baytarın, çox güman ki, bir pişikdən virusa yoluxduğu müəyyən edilib. Həmin vaxt pişik müalicə zamanı onun üzünə asqırıb.

Araşdırmalar çərçivəsində baytardan götürülmüş virus nümunələrinin xəstəlikdən 5 gün əvvəl müalicə etdiyi zamanı üzünə asqırdığı pişiyin virus gen nümunələri ilə yüksək oxşarlıq təşkil etdiyi məlum olub. Qeyd edilib ki, o, pişiyi müalicə edən zaman maskadan başqa heç bir qoruyucu tədbirlərdən istifadə etməyib.

Qeyd edək ki, elm adamları son illərdə aparılan araşdırmalar nəticəsində pişik, it, siçan, yarasa, donuz, dovşan, tülkü kimi bir çox məməlilərin "Covid-19” virusunun daşıyıcısı ola biləcəyini bildiriblər. 

OXŞAR XƏBƏRLƏR