“Görünür vəziyyət çox pisdir ki, sərtləşməyə getmək istəyirlər” - Deputat

“Görünür vəziyyət çox pisdir ki, sərtləşməyə getmək istəyirlər” - Deputat
SOSİAL
16:15 09.08.2021
2346

"Son günlərdə yoluxmanın sayı sürətlə artır. Amma bu vəziyyətin nə qədər ağır və ya yüngül olmasını Operativ Qərərgah bilir. Əgər sərtləşməyə gedəcəklərsə, demək ki, vəziyyət çox pisdir”.

Bu sözləri AZXEBER.COM-a açıqlamasında millət vəkili Razi Nurullayev bildirib. 

O, qeyd edib ki, belə görünür ki, vəziyyət çox pisdir:

"Təbii ki, yenidən qapanmalara getmək, yenidən hər yeri bağlamaq iqtisadiyyatımız üçün, insanlar üçün böyük problemlər yaradacaq. Amma xəstələrin də sayı artır. Mənə də müraciət ediblər ki, ağır xəstəmiz var, kömək edin onları xəstəxanaya yerləşdirək. Xəstəxanalarda demək olar ki, yerlər dolur. Oksigen balonları çatışmır. 

Oksigen zavodu da dayanıb, mən bununla bağlı bir həyəcan təbili çalmışdım. Belə bir vəziyyətdə artıq Operativ Qərərgahın məsuliyyətidir ki, hansısa qərarları verir və onun arxasında dayanır. 

Amma belə görünür ki, vəziyyət çox pisdir ki, sərtləşməyə getmək istəyirlər”.

Razi Nurullayev onu da qeyd edib ki, ciddi sərtləşmə olacağını düşünmür: ”Hər halda elə qərarlar verərlər ki, əvvəlki çətin vəziyyət yaranmasın. Mənə belə gəlir ki, biz virusla yaşamağa öyrənmişik. Amma ola bilsin ki, qaydaları sərtləşdirsinlər. Vətəndaşlar üçün həm peyvənd olunma, maska və spirtdən istifadə ciddi tətbiq olunacaq. Düşünmürəm ki, iqtisadiyyata zərbə vuracaq ciddi sərtləşməyə gedilsin”.

Aydın Nuri

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Avaza sammiti - qardaşlıq, əməkdaşlıq və gələcəyə baxış
17:38 26.08.2025
Avaza sammiti - qardaşlıq, əməkdaşlıq və gələcəyə baxış
"Formula 1"ə görə bəzi məktəblərdə məhdudiyyətlər tətbiq edilə bilər
17:28 26.08.2025
"Formula 1"ə görə bəzi məktəblərdə məhdudiyyətlər tətbiq edilə bilər
Kapital Bank-ın dəstəyi ilə yaşlı nəsil üçün maliyyə savadlılığının artırılması imkanları yaradılır
17:25 26.08.2025
Kapital Bank-ın dəstəyi ilə yaşlı nəsil üçün maliyyə savadlılığının artırılması imkanları yaradılır
Mikayıl Cabbarov: "Yeni nəqliyyat bağlantıları imkanlar yaradacaq"
17:16 26.08.2025
Mikayıl Cabbarov: "Yeni nəqliyyat bağlantıları imkanlar yaradacaq"
Aytəkinin övladı bu universitetə qəbul oldu - FOTO
17:12 26.08.2025
Aytəkinin övladı bu universitetə qəbul oldu - FOTO
Pakistanda musson yağışları nəticəsində ölənlərin sayı 800-ə çatdı
16:55 26.08.2025
Pakistanda musson yağışları nəticəsində ölənlərin sayı 800-ə çatdı
Əli Əsədov: 2027-2030-cu illəri əhatə edəcək yeni Strategiya hazırlanır
16:51 26.08.2025
Əli Əsədov: 2027-2030-cu illəri əhatə edəcək yeni Strategiya hazırlanır
Ramiz Rövşənin səhhətində problem yarandı
16:30 26.08.2025
Ramiz Rövşənin səhhətində problem yarandı
Mask tanınmış şirkətləri məhkəməyə verdi: Təzminat istəyir
16:19 26.08.2025
Mask tanınmış şirkətləri məhkəməyə verdi: Təzminat istəyir
Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-in fəaliyyətdə olan sədrinə müraciət ünvanlanıb
16:17 26.08.2025
Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-in fəaliyyətdə olan sədrinə müraciət ünvanlanıb
“Veysəloğlu Distribusiya” şirkəti “Dəyərlərimizin izi ilə” devizi altında Şuşada möhtəşəm tədbir keçirdi
16:12 26.08.2025
“Veysəloğlu Distribusiya” şirkəti “Dəyərlərimizin izi ilə” devizi altında Şuşada möhtəşəm tədbir keçirdi
Prezident ailəsinin yeni - FOTOSU
16:10 26.08.2025
Prezident ailəsinin yeni - FOTOSU
Tanınmış prödüser və ərinin öldürülməsinin təfərrüatları məlum oldu
16:06 26.08.2025
Tanınmış prödüser və ərinin öldürülməsinin təfərrüatları məlum oldu
"907-ci düzəlişin ləğvi Azərbaycanla ABŞ arasında yeni əməkdaşlıq dövrünün başlanğıcıdır"
15:52 26.08.2025
"907-ci düzəlişin ləğvi Azərbaycanla ABŞ arasında yeni əməkdaşlıq dövrünün başlanğıcıdır"
"Azərbaycan heç vaxt milli maraqlara zidd aralıq həll variantlarını qəbul etməyib"
15:33 26.08.2025
"Azərbaycan heç vaxt milli maraqlara zidd aralıq həll variantlarını qəbul etməyib"
Lisey və gimnaziyalarda II mərhələ seçimlərinə start verilir
15:24 26.08.2025
Lisey və gimnaziyalarda II mərhələ seçimlərinə start verilir