“Görürsən, heç üzümü də qırxmamışam” – MÜSAHİBƏ

İDMAN
11:14 20.12.2011
2197
2011-ci ilin ən yaxşı futzalçısı seçilən Vitali Borisovun apasport.az saytına müsahibəsi - İlin ən yaxşı futzalçısı seçildiniz. Bu, necə bir hissdir? - Həqiqətən də, AFFA-ın bu addımı alqışa layiqdir. Çünki idmançı il ərzində gördüyü işlərin qarşılığını alır. Mən elə bir insanam ki, hamının uğuruna sevinirəm. Yəni başqa futzalçıda ən yaxşı seçilsəydi, buna çox sevinəcəkdim.- Necə düşünürsünüz, bu mükafata yiyələnməyinizə yığmadakı, yoxsa “Araz”dakı çıxışınız daha çox kömək oldu? - Mənə elə gəlir ki, ili dəyərləndirən zaman ümumi nəticələri əsas götürmək lazımdır. Yığma oyunları elə də çox olmayıb. Biz az yarışda qüvvəmizi sınamışıq. Fikrimcə, “Araz”ın heyətində daha çox oynayıb, qollar vurmuşam. - Bu, karyeranızda ikinci belə hadisədir. Sizin üçün rəqib yoxdur, yoxsa heç kimi özünüzdən irəli buraxmırsınız? - “Rəqib yoxdur” deyə bilmərəm. Çünki komandanın heyətində yaxşı futzalçılarımız var. Rizvan Fərzəliyev, Rəcəb Fərəczadə, Namiq Məmmədkərimovun adını çəkmək lazımdır. Mən bu mükafata layiq görüldüyümə görə, onlara borcluyam. Əlbəttə ki, onların dəstəyi olmasaydı, bu fəxri kürsüdə görünməzdim. - Ümumiyyətlə, ilin ən yaxşısı seçiləcəyinizi gözləyirdinizmi? - Həmişə ən yaxşı olmağa çalışmışam. Əlbəttə ki, düşünmək olardı. Amma tam əmin də deyildim. Görürsən, heç üzümü də qırxmamışam. Bilsəydim ki, ilin ən yaxşısıyam, bura üzümü qırxıb, gələrdim.- Yeri gəlmişkən, futzal üzrə Azərbaycan millisi dünya çempionatının pley-off mərhələsinə vəsiqə qazandı. Ukrayna ilə görüşdə qollardan birini siz vurdunuz. Ümumi oyun barədə hansı fikirdəsiniz? - Düzü, çox çətin oldu. Hesabda geri düşməyimizə baxmayaraq, toparlandıq. Vurulan 3-cü qol bizə yardımçı oldu. Amma 1 top fərqi ilə qalib gəlsəydik belə, növbəti mərhələyə biz çıxmayacaqdıq. Sonradan 4-cü qolu mən vurdum. Sevinirəm ki, qolum komandanın ümumi nəticəsinə müsbət təsir göstərdi.- Ukrayna qrupdan çıxması demək olar ki, təmin etmişdi. Necə düşünürsünüz, rəqib hər hansı bir güzəştə getdimi? - Deyərdim ki, hesab 4:2 olandan sonra Ukrayna bir qədər çəkinməyə başladı. Hesab 5:4 də ola bilərdi. Ona görə də, bəlkə heç kim risk də etmədi. Hesab bizi qane etdiyindən özümüzdə daha çox top saxlamağa üstünlük verdik. - Komandanın qapıçısı Andrey Tveryankin seçmə mərhələnin oyunlarında bir qədər inamsız təsir bağışladı. Bu, komandaya təsir göstərirdimi? - Düzü, mən bu barədə çox danışmaq istəmirəm. Çünki hər hansı bir futzalçının oyununa qiymət verə bilmərəm. O, barədə məşqçilər danışmalıdır. Tveryankin belə toplar buraxıbsa, vaxtilə elə toplar qaytarıb ki, heç kim inanmayıb. Elə asan vəziyyətlər olub ki, biz də fərqlənə bilməmişik. Bəzən 3 metrdən qapını dəqiq nişan ala bilməmişik.- Amma qapıçının bir səhvi həlledici ola bilər? - Düzdür. Mən komandanın yaxşı oynamasında azarkeşlərin rolunu qiymətləndirmək istəyirəm. Həqiqətən də, azarkeşlər bizə çox dəstək verdilər. Onlar bizim 6-cı oyunçumuz oldular. Bizi təkcə hər hansı bir azarkeş qrupları deyil, həm də sıravi insanlar da dəstəklədilər. - Yığma üzvlərinə pley-off mərhələsinə görə, mükafatlar veriləcəkmi? - Biz öz oyunumuzu oynadıq. Hadisələrin necə inkişaf edəcəyini zaman göstərəcək.- Bir ara “Araz”dan ayrılmaq məsələniz gündəmə gəlmişdi. Bu arzunuz qüvvədə qalıbmı?

OXŞAR XƏBƏRLƏR