Güclü küləklə bağlı Bakı məktəblərinin rəhbərlərinə - TAPŞIRIQ

Güclü küləklə bağlı Bakı məktəblərinin rəhbərlərinə - TAPŞIRIQ
SOSİAL
13:03 09.02.2023
246
Hava şəraitinin kəskin dəyişməsi və güclü külək nəticəsində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrində ciddi problemlər qeydə alınmayıb.

Bu barədə AZXEBER.COM-un sorğusuna cavab olaraq İdarədən bildirilib.

Qeyd olunub ki, müvafiq mütəxəssislər ilkin zəruri təhlükəsizlik tədbirlərinin təmin edilməsi ilə bağlı məktəblərə tövsiyələr verib: "Bu gün İdarənin tabeliyindəki ümumi təhsil müəssisələrində davamiyyət normal olub. Təhsilalanların və təhsilverənlərin təhlükəsizliyinin, təhsildə fasiləsizliyin təmin olunması diqqət mərkəzində saxlanılan əsas amillərdəndir".
OXŞAR XƏBƏRLƏR