Güclü tufan və yağış İtaliyada həyatı iflic etdi

DÜNYA
15:40 27.08.2024
121
İtaliyanın Milan şəhərində ötən gün şiddətli yağış səbəbindən Malpensa Hava Limanının bəzi hissələri su altında qalıb.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Varese şəhərində bəzi evlərin alt və zirzəmiləri su altında qalıb, küçələr palçıqla örtülüb.

Yağışlı hava uçuş reyslərinə mənfi təsir göstərsə də, dünən günorta saatlarında 27 reys başqa hava limanlarına yönləndirilib.

Dünən şimalda bir başqa şəhər olan Brescia və ətrafını vuran güclü fırtına və dolu bəzi evlərə və avtomobillərə ziyan vurub.

Sosial şəbəkələrdə yayılan görüntülərdə avtomobillərin şüşələrinin sındığı, bəzi binaların damlarının zədələndiyi görülüb.

Bu arada Baş nazirlik Mülki Müdafiə İdarəsi 10 əyalətə bu gün həddindən artıq yağış səbəbiylə daşqın ola biləcəyi barədə xəbərdarlıq edib.

Digər tərəfdən, həftəsonuna doğru ölkədə hava istiliyinin yenidən artacağı bildirilib.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR