İntensiv yağan yağışlar nəticəsində Zaqatala, Balakən və Ağstafa rayonlarının bəzi yaşayış məntəqələrində fərdi yaşayış evlərinin həyətyanı sahələri və digər əraziləri su basıb.
AZXEBER.COM xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumatlar daxil olub.
Məlumatla əlaqədar FHN-in Şimal-qərb Regional Mərkəzi, Mülki müdafiə qoşunları və Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri dərhal hadisə baş verən ərazilərə cəlb olunub.
Hazırda nazirliyin qüvvələri tərəfindən su basmış ərazilərdən suyun çəkilərək kənarlaşdırılması, həmçinin digər zəruri təhlükəsizlik tədbirlərinin görülməsi istiqamətində işlər davam etdirilir.











































