Güclü yağış səbəbiylə anqara sığındılar: Başlarına təyyarə düşdü

Güclü yağış səbəbiylə anqara sığındılar: Başlarına təyyarə düşdü
DÜNYA
13:04 18.07.2023
478
Polşanın paytaxtı Varşavada hava limanına eniş edən təyyarə güclü yağış səbəbindən anqarın üzərinə düşərək qəzaya uğrayıb.
 
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə nəticəsində 5 nəfər həyatını itirib, 10 nəfər yaralanıb.
 
SkyDive Aviasiya Klubunun təyyarəsinin qeyri-sabit hava şəraiti səbəbindən qəzaya uğradığı, bölgəyə çoxlu axtarış-xilasetmə qruplarının göndərildiyi bildirilib.
 
Varşava Yanğınsöndürmə Müdirliyindən verilən açıqlamada, hava limanında uçuş-enmə zolağında olanların şiddətli yağış səbəbindən anqara sığındığı və bunun fəlakətin ölçülərini artırdığı qeyd edilib.
 
Təyyarədə və anqarda neçə nəfərin olduğu hələlik dəqiq bilinməsə də, ölənlərin sayının artacağı ilə bağlı narahatlıqlar var.
 
Mikayıl

OXŞAR XƏBƏRLƏR