Yaponiyadakı güclü zəlzələnin - ANBAAN VİDEOSU

Yaponiyadakı güclü zəlzələnin - ANBAAN VİDEOSU
DÜNYA
14:18 05.05.2023
281
Yaponiyada 6.5 ​​bal gücündə zəlzələ baş verib.
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, zəlzələdən sonra sunami riskinin olmadığı açıqlanıb.
 
Zəlzələ nəticəsində 1 nəfərin pilləkənlərdən yıxılaraq öldüyü bildirilib.
 
Yaponiya Meteorologiya Agentliyindən (JMA) əldə edilən məlumata görə, zəlzələ yerli vaxtla saat 14:42-də İşikava əyalətinin sahillərində baş verib.

Zəlzələnin 10 kilometr dərinlikdə qeydə alındığı bildirilərkən, başda Niiqata, Toyama, Fukui və Fukuşima əyalətləri olmaqla bir çox bölgədə hiss olunduğu açıqlanıb. 

Qeyd edək ki, Suzu şəhərində yaşayan adı açıqlanmayan şəxsin zəlzələnin təsiri ilə pilləkənlərdən yıxılaraq öldüyü öyrənilib.
 
Mikayıl

OXŞAR XƏBƏRLƏR