“Gül Vüqar”ı öldürən hakim qarşısına çıxarıldı

“Gül Vüqar”ı öldürən hakim qarşısına çıxarıldı
SOSİAL
15:08 20.09.2018
4775
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş müdirini öldürməkdə təqsirləndirilən Vüsal Novruzovun məhkəməsi başlayıb.

AZXEBER.COM qafqazinfo-ya itsinadən xəbər verir ki, hakim Rasim Sadıxov icraatında olan prosesdə hazırlıq iclası keçirilib.

İclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Cinayət işi məhkəmə baxışına qəbul edilib. Proses sentyabrın  25-də davam etdiriləcək.

İttihama görə, V.Novruzov 2018-ci il mayın 24-də Sumqayıt şəhərində 1979-cu il təvəllüdlü Quliyev Vüqar Ənvər oğlunu bıçalqayaraq öldürüb. Belə ki, V.Novruzov bir müddət əvvəl işdən çıxarılıb və bunu qəbul etməyərək əvvəl işlədiyi mağazaya gələrək orada keçmiş müdirini kürəyindən bıçaqlayaraq öldürüb.

V.Quliyev Sumqayıt şəhərində gül biznesi ilə məşğul olub və "Gül Vüqar" ləqəbi ilə tanınıb. Onun şəhərdə bir neçə gül dükanı var. 
OXŞAR XƏBƏRLƏR