Gülben Ergenin konsertində təşəkkür etdiyi azərbaycanlı kimdir? – FOTOLAR

Gülben Ergenin konsertində təşəkkür etdiyi azərbaycanlı kimdir? – FOTOLAR
MAQAZİN
15:04 05.04.2022
822

Türkiyəli məşhur müğənni Gülben Ergenin Bakı konserti bir sıra yeniliklərlə yaddaşlarda qalıb.

AZXEBER.COM xəbər verir ki, böyük marağa səbəb olan konsert proqramında müğənninin görünüşü ilə bağlı müzakirələr səngimək bilmir.

Müğənni Türkiyəyə qayıdandan sonra Bakı konserti ilə bağlı paylaşımı sevənləri tərəfindən sual atəşinə tutulub. G.Ergenə ən çox verilən suallardan biri də, onu səhnəyə hazırlayan makiyaj ustasının adı olub.

Tanınmış müğənni Bakı konsertində onu gecəyə hazırlayan peşəkar makiyaj ustası Gunash Nura təşəkkür edib. O, hətta peşəkar usta ilə birlikdə yeni işlərə imza atmaq istədiyini etiraf edib.

G.Ergen azərbaycanlı xanımın işləri ilə yaxından maraqlandığını və dünya səviyyəli işlərinə görə onu təbrik etdiyini bildirib.

Qeyd edək ki, konsert maraqlı anlarla yadda qalıb.




OXŞAR XƏBƏRLƏR