Gülçöhrə Məmmədova: “Tarixi abidələrin bərpasında memarların iştirakı vacibdir”

Gülçöhrə Məmmədova: “Tarixi abidələrin bərpasında memarların iştirakı vacibdir”
SOSİAL
11:15 17.09.2026
218
"Tarixi abidələrin təmiri zamanı memarların prosesə cəlb olunması vacibdir".

AZXEBER.COM xəbər verir ki, bu sözləri Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, professor, Əməkdar memar Gülçöhrə Məmmədova
"Tarixi-dini abidələrin qorunması: çağırışlar və perspektivlər” mövzusunda keçirilən tədbirdə səsləndirilib.

O qeyd edib ki, məscidlərin öz simasını, xüsusilə də memarlıq xüsusiyyətlərini itirməməsi vacibdir. Yerli əhalinin təşəbbüs göstərərək məscidləri bərpa etməsi və onlardan istifadə etməsi müsbət haldır. Bununla yanaşı, abidələrin bərpası zamanı onların tarixi və memarlıq dəyərinin qorunmasına xüsusi diqqət yetirilməlidir.

O bildirib ki, tarixi abidələrin təmiri və bərpası prosesində peşəkar memarların iştirakı onların ilkin memarlıq simasının qorunması baxımından mühüm əhəmiyyət daşıyır.

Şahanə
OXŞAR XƏBƏRLƏR