Gülər Əhmədova deputatlığa namizədliyini irəli sürdü

Gülər Əhmədova deputatlığa namizədliyini irəli sürdü
SOSİAL
18:03 11.01.2020
5185
Keçmiş deputat Gülər Əhmədova da Milli Məclisə keçiriləcək növbədənkənar parlament seçkilərinə qatılıb.

Gülər Əhmədova namizədliyini 16 saylı Yasamal ikinci seçki dairəsindən irəli sürüb.

O, artıq imzatoplama mərhələsini başa çatdıraraq imza vərəqələrini DSK-ya təqdim edib.

Hələlik onun namizədliyi qeydə alınmayıb.

Xatırladaq ki, Gülər Əhmədova 3 çağırış üzrə Milli Məclisin deputatı olub.

Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin (ABU) sabiq rektoru Elşad Abdullayevin 2012-ci ilin sentyabrında yaydığı "mandat alveri” ilə bağlı videodan sonra Gülər Əhmədova deputat mandatından imtina edib. Daha sonra ona Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə ittiham sürülüb və 2013-cü ilin fevralında Gülər Əhmədova barəsində həbs qətimkan tədbiri seçilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Gülər Əhmədova 3 il müddətinə azadlıqdan məhrum edilib

2014-cü ildə Gülər Əhmədovaya Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə 3 il sınaq müddəti təyin olunmaqla şərti cəza təyin edilib və o, azadlığa buraxılıb.
OXŞAR XƏBƏRLƏR