Gülər Əhmədova məhkəməyə gətiriləcək

SİYASƏT
12:30 21.10.2013
1137

Zülfiyyə Bayramova: "Sabiq millət vəkili məhkəmə iclasında şəxsən özü işirak etməlidir"

"Bu gün Gülər Əhmədovanın məhkəmə prosesi keçiriləcək. Sabiq millət vəkili Ağır Cinayətlər Məhkəməsinə baş tutacaq prossesdə iştirak edəcək". Bu sözləri hüquq müdafiəçisi Zülfiyyə Bayramova açıqlaması zamanı söyləyib. Onun sözlərinə görə, vəkillər onun məhkəməyə gəlməsini gözləyir. Məhkəmə prosesinə Əlisultan Osmanov rəhbərlik edəcək. Xatırladaq ki, sabiq deputatın Ağır Cinayətlər Məhkəməsində keçiriləcəyi ilk məhkəmə prosesi sentyabrın 30-da təyin olunsa da təxirə salınaraq, bu ayın 21-ə təyin edilib. Gülər Əhmədova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 307.2 (cinayət haqqında məlumat verməmək və məlumatı gizlətmək) və 178.3.2 (geniş miqyasda törədilmiş dələduzluq) maddələri ilə təqsirli bilinir.(Ans press)

OXŞAR XƏBƏRLƏR