Sabiq deputatın vəkili danışdı
Həbsdə olan sabiq millət vəkili Gülər Əhmədova Sevinc Babayevanın oğlu və anasının məsuliyyətə cəlb olunması ilə bağlı vəsatət qaldıracaq. Bu barədə ANS PRESS-ə Gülər Əhmədovanın vəkili Raqif Mustafayev məlumat verib. Hal-hazırda sənədlər toplandığını deyən vəkilin sözlərinə görə, bu şəxslər öz hərəkətlərinə görə cavab verməlidirlər: “Hərə öz hərəkətinə görə cavab verməlidir. Bu şəxslər gülər Əhmədovaya böhtan atıblar. Ekspertizanın rəyində göstərilir ki, Sevinc Babayeva ürəyində problem olduğuna görə öz əcəliylə ölüb”. Sabiq deputatla görüşdüyünü deyən R. Mustafayevin sözlərinə görə, hal-hazırda Gülər Əhmədovanın vəziyyəti nisbətən yaxşıdır.