11:42 şənbə, 29 Fevral 2020
Seçki2020

Gülər Əhmədovanın deputatlığa namizədliyi qeydə alınmadı

17:13, 21.01.20203067
Gülər Əhmədovanın deputatlığa namizədliyi qeydə alınmadı

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 16 saylı Yasamal ikinci seçki dairəsindən öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş Əhmədova Gülər Mikayıl qızının müraciətinə baxılıb.

AZXEBER.COM report-a istinadən xəbər verir ki, məsələ ilə bağlı MSK katibi Arifə Muxtarova məlumat verib.

O deyib ki, G.Əhmədova pozulmuş hüquqlarının bərpası üçün MSK-ya müraciət edib:

"G.Əhmədova iddia edir ki, imzalar yoxlanılarkən onun prosesdə iştirakı təmin edilməyib. Dairə seçki komissiyası namizədin təqdim etdiyi imzaların 161-ni etibarsız hesab edib”.

MSK Dairə Seçki Komissiyasının qərarını qüvvədə saxlayıb.

Xatırladaq ki, 16 saylı Yasamal ikinci seçki dairəsindən deputatlığa namizəd, sabiq millət vəkili Gülər Əhmədovanın namizədliyinin qeydə alınmasından imtina olunub. DSK-dan verilən rəsmi cavabda bildirilib ki, G.Əhmədovanın təqdim etdiyi imzalardan, təxminən, 160-ı şübhəli olduğundan MSK-da xətşünaslıq ekspertizası keçirilməlidir. Ona görə də tələb olunan imzaların sayı az olduğundan Gülər Əhmədovanın namizədliyinin qeydə alınmasından imtina olunub.

XƏBƏR LENTİ