Gülərdən Gülərə...

Gülərdən Gülərə...
KÖŞƏ
17:04 12.10.2012
2698
Vüsalə MəmmədovaGündəmi Gülərlər zəbt edib... Manşetlərdə xanım Əhmədova... Ağlımda Gülər Məmmədova... Jurnalist həmkarımız Murad Hüseynovun xanımı... İki körpəsinin anası... Biri məşhur “500 lazımdır” ifadəsinin müəllifi... O biri 120 minə görə ölümün kandarında dayanıb həyatını insanların insafına buraxan gənc ana... Nə üçün və kimdən tələb olunduğunu nəzərə alanda, “500” o qədər də böyük məbləğ deyil... Amma nə üçün və kimdən tələb olunduğunu nəzərə alanda, “120” o qədər böyük məbləğdir ki... Əslində, insanlar arasında zərrə qədər anlayış, ürəklərində insaf olarsa, 120 min dollar çox az məbləğdir. Axı nədən olmasaq da, kasıbdan boluq. Yəni bu doqquz milyonun içində sabah oxşar vəziyyətə düşüb çarəsiz qalacaq cəmi 120 min kasıb yoxdurmu ki, 1 dollarından... kasıbda dollar nə gəzir, 78 qəpiyindən keçsin? Çox zəngin insandan səxavət gözləməkdən keçib. Amma burda başqa yollar da var. Məsələn, bir neçə gün əvvələ qədər Respublika Uşaq Təşkilatının sədri Gülər Əhmədova adaşının körpələri üçün narahat ola bilər... Adı ətrafında hadisələrin daha surətlə inkişaf etdiyini, xəbərlərin hər an yeniləndiyini nəzərə alsaq, məlum olur ki, bu xanımın yerdə bağışlanmağı keçdi... O bundan sonra daha çətin gülər. Amma heç olmasa göydə bağışlanmaq şansı var... Bunun üçün adaşının müalicəsinə yardım edərsə, iki körpə anası Gülər hələ çox gülər. Hamının topa tutduğu Gülər Əhmədovanı heç olmasa Allah bağışlayar. Axı yuxarıda bağışlanılmayanların tək ümidi göydəkinədir... Bəlkə də bu möcüzədir ki, “500-lük günah” 70 minlə yuyula bilər. (Ona görə 70 min ki, məbləğin 50 minini günahsız bəndələr toplayıb) Onunla müsahibəmi yaxşı xatırlayıram... Mənə çox inanclı insan olduğunu. bir də, körpələrin hər şeydən üstün olduğunu demişdi. Bu da Gülər xanımın bank hesabı: Hesabın növü Hesabın nömrəsi USD cari 381184000207999304 AZN cari 380194400207999303 AZN kart( Kart N 5247480503447241) 380194400207999302 EUR cari 381197800207999305 “Bank Respublika” ASC MXD-nin rekvizitləri Manat köçürmələri üçün: “Bank Respublika” ASC Musteri Xidmeti Departamenti, m/h İBAN AZ80NABZ01350100000000014944 AMB Əİ-də, kod: 505668, VÖEN: 9900001901, SWIFT: BRESAZ22. Vəsaitlərin xarici ölkələrindən USD ilə daxil olması üçün: Wells Fargo Bank, New York/USA, SWIFT: PNBPUS3NNYC for credit to OJSC “Bank Respublika”, Baku/Azerbaijan, SWIFT: BRESAZ22 Corr. Acc. No. № 2000193004380 USD for further credit to the Acc. No. Vəsaitlərin xarici ölkələrindən EUR ilə daxil olması üçün: Commerzbank AG, Frankfurt am Main, SWIFT:

 COBADEFF for credit to OJSC “Bank Respublika”, Baku/Azerbaijan, SWIFT: BRESAZ22 Corr. Acc.No.400887052901 for further credit to the Acc. No. 

/// qafqazinfo.az

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ABŞ-nin Luiziana ştatında atışmada azı səkkiz uşaq ölüb, yaralananlar var
21:56 19.04.2026
ABŞ-nin Luiziana ştatında atışmada azı səkkiz uşaq ölüb, yaralananlar var
Azərbaycanda minimum əməkhaqqının artırılması ilə bağlı YENİ TƏKLİF - VİDEO
21:45 19.04.2026
Azərbaycanda minimum əməkhaqqının artırılması ilə bağlı YENİ TƏKLİF - VİDEO
İRNA: İran ABŞ ilə danışıqların ikinci mərhələsində iştirak etməkdən imtina edib
21:43 19.04.2026
İRNA: İran ABŞ ilə danışıqların ikinci mərhələsində iştirak etməkdən imtina edib
Kiyev Türkiyədən Zelenski - Putin görüşünü təşkil etməsini istəyib
21:39 19.04.2026
Kiyev Türkiyədən Zelenski - Putin görüşünü təşkil etməsini istəyib
Cəlilabadda ağır qəzada xəsarət alanlardan biri evə buraxıldı
21:12 19.04.2026
Cəlilabadda ağır qəzada xəsarət alanlardan biri evə buraxıldı
Pula-pul deməyəcək 3 bürc - Gəlirli fürsətlər olacaq
20:55 19.04.2026
Pula-pul deməyəcək 3 bürc - Gəlirli fürsətlər olacaq
"Hər il yaxşı məhsul olurdu, amma indi satış yoxdur" - Tovuzlu fermerlərdən ŞİKAYƏT - VİDEO
20:42 19.04.2026
"Hər il yaxşı məhsul olurdu, amma indi satış yoxdur" - Tovuzlu fermerlərdən ŞİKAYƏT - VİDEO
İran ABŞ ilə danışıqları bərpa etmək üçün şərtini açıqlayıb
20:18 19.04.2026
İran ABŞ ilə danışıqları bərpa etmək üçün şərtini açıqlayıb
Daha bir qrup ukraynalı uşaq reabilitasiya üçün Azərbaycana gətirildi
20:07 19.04.2026
Daha bir qrup ukraynalı uşaq reabilitasiya üçün Azərbaycana gətirildi
ADNSU-da keçirilən Respublika Fənn Olimpiadasının final mərhələsi başa çatıb
19:53 19.04.2026
ADNSU-da keçirilən Respublika Fənn Olimpiadasının final mərhələsi başa çatıb
“Son qərar Tramp tərəfindən veriləcək”
19:39 19.04.2026
“Son qərar Tramp tərəfindən veriləcək”
Ordudan yeni tərxis olunan gəncin meyiti tapıldı
19:19 19.04.2026
Ordudan yeni tərxis olunan gəncin meyiti tapıldı
Şimali Koreya dənizə doğru bir neçə ballistik raket buraxıb
19:08 19.04.2026
Şimali Koreya dənizə doğru bir neçə ballistik raket buraxıb
Lənkəranda təmir sexində baş vermiş PARTLAYIŞDA xəsarət alan şəxsin VƏZİYYƏTİ AÇIQLANDI
18:50 19.04.2026
Lənkəranda təmir sexində baş vermiş PARTLAYIŞDA xəsarət alan şəxsin VƏZİYYƏTİ AÇIQLANDI
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
18:42 19.04.2026
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Lənkəranda avtomobil təmiri sexində partlayış olub
18:26 19.04.2026
Lənkəranda avtomobil təmiri sexində partlayış olub