Hadisə “Adler Arena” idman kompleksində baş verib.
Sərbəst güləş üzrə gənclər arasında Rusiya çempionatında kütləvi dava düşüb.
AZXEBER.COM Lent.az-a istinadən xəbər verir ki, hadisə Rusiyanın Soçi şəhərindəki “Adler Arena” idman kompleksində baş verib.
Toqquşmada Osetiya və Dağıstanı təmsil edən komandalar iştirak ediblər. Soçi polisi insidentlə bağlı araşdırmalara başlayıb. Münaqişə nəticəsində zərərçəkənin olmadığı bildirilir.