Güləş üzrə yeni olimpiya çəki dərəcələri açıqlanıb

İDMAN
14:40 18.12.2013
1227

Beynəlxalq Güləş Federasiyası 2016-cı il Olimpiya Oyunlarında keçiriləcək yarışların çəki dərəcələrini açıqlayıb.

AZXEBER.COM xəbər verir ki, qərar 2014-cü ildən qüvvəyə minəcək.

Əgər əvvəllər olimpiadalarda sərbəst və yunan-Roma güləşləri üzrə medallar kişilərdə 7, qadınlarda isə 4 çəki dərəcəsində oynanılırdısa, indi bütün növlərdə altı olimpiya dərəcəsi müəyyən edilib.Sərbəst güləş: 57, 65, 74, 86, 97, 125 kq.Yunan-Roma güləşi: 59, 66, 75, 85, 98, 130 kq.Qadın güləşi: 48, 53, 58, 63, 69, 75 kq.Dünya və Avropa çempionatları, həmçinin digər yarışlarda isə növbəti çəki dərəcələri müəyyən edilib:Sərbəst güləş: 50, 57, 61, 65, 70, 75, 80, 86, 97, 125Yunan-Roma: 52, 60, 64, 68, 72, 77, 82, 88, 100, 130Qadın güləşi: 44, 48, 53, 55, 58, 63, 66, 69, 72, 75

OXŞAR XƏBƏRLƏR