Çernoqoriyanın Bar şəhərində güləş üzrə gənclər arasında Avropa Çempionatı start götürüb.
AZXEBER.COM-un Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, yarışmanın ilk günündə sərbəst güləşçilər arasında 5 dəst medal uğrunda mübarizə aparılıb.Maqomedəli Əliyev (58 kq), Əbdülmüslim Muhiddinov (69 kq) və Nurmaqomed Hacıyev (85 kq) bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün birinci pilləsinə qalxa biliblər. Mahir Əmiraslanov isə bürünc mükafatla kifayətlənməli olub.