Güləşçilərimiz mübarizəyə qoşulur

İDMAN
08:59 05.08.2012
2052

Bu gün XXX London Yay Olimpiadasında güləş yarışlarına start veriləcək.

AZXEBER.COM-un məlumatına görə, ilk olaraq yunan-Roma güləşçiləri mübarizəyə qoşulacaqlar.

Azərbaycan güləşçilərindən Rövşən Bayramov (55 kq) və Emin Əhmədov (74 kq) qüvvəsini sınayacaqlar.

Mübarizəyə 1/16 finaldan başlayacaq Rövşən Bayramov bu mərhələdə rusiyalı Minqiyan Semenovla qarşılaşacaq. Həmin görüş Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

Digər təmsilçimiz Emin Əhmədov isə mübarizəyə 1/8 finaldan qoşulacaq. İlk mərhələdən azad olan E.Əhmədov İslam Tolba (Misir) – Neven Zugaj (Xorvatiya) cütünün qalibi ilə üz-üzə gələcək. Bu döyüşə isə Bakı vaxtı ilə saat 17:00-da start veriləcək.

Qeyd edək ki, millimiz London olimpiadasında 5 güləşçi ilə təmsil olunur.

OXŞAR XƏBƏRLƏR