Estoniyanın paytaxtı Tallində gənc güləşçilər arasında dünya çempionatında təmsilçimiz bürünc medal qazanıb.
Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, avqustun 18-də güləşçimiz Əsgər Əlizadə (60 kiloqram) üçüncü yer uğrunda Qırğızıstan idmançısı Alastan Xanjarbek Uluya 11:2 hesabı ilə qalib gələrək bürünc medala sahib olub.
Qeyd edək ki, təmsilçimiz təsəlliverici görüşdə əlcəzairli güləşçi Murtada Nanayı 8:0 hesabı ilə məğlub edib.