Azərbaycan Güləş Federasiyasından AZXEBER.COM-a verilən məlumata görə, çempionatın ilk günündə 50, 60, 74 və 96 kq çəkidə yunan-Roma güləşçiləri arasında qaliblər müəyyənləşəcək.Azərbaycan güləşçisi Rövşən Tağıyev 1/16 final mərhələsində Ermənistan təmsilçisi Vazgen Xaçatryan ilə üz-üzə gəlib.60 kq çəkidə mübarizə aparan Tağıyev erməni rəqibini məğlub edərək (4:0, 0:2, 3:0) 1/8 final mərhələsinə yüksəlib.