Güləşçimiz finalda uduzdu

Güləşçimiz finalda uduzdu
İDMAN
09:02 25.04.2021
441
Azərbaycanın yunan-Roma güləşçisi Taleh Məmmədov Polşanın paytaxtı Varşavada keçirilən Avropa çempionatında final görüşünə çıxıb.

AZXEBER.COM xəbər verir ki, 63 kq çəki dərəcəsində mübarizə aparan idmançımız həlledici mərhələdə Rusiya təmsilçisi Cambolat Lokyayevlə üz-üzə gəlib. Rəqibinə məğlub olan Məmmədov gümüş medalla kifayətlənib.

Qeyd edək ki, ötən gün Eldəniz Əzizli (55 kq) bürünc medal qazanıb. Son Avropa çempionu Sənan Süleymanov (77 kq) isə bürünc medal uğrunda Dmitri Pışkovla Ukrayna) güləşəcək.
OXŞAR XƏBƏRLƏR