Güləşçimiz Rusiyadakı turnirin qalibi oldu

İDMAN
15:10 25.12.2013
928

Vladiqafqazda “Molodej Rossii” (Rusiyanın gəncləri) güləş üzrə gənclər arasında Açıq Respublika turniri keçirilib.

AZXEBER.COM-un Azərbaycan Güləş Federasiyasının saytına istinadən verdiyi xəbərə görə, idmançımız Ruslan Aslanov (69 kq) sərbəst güləşçilər arasında bürünc medal qazanıb.Eyni zamanda Maxaçqalada güləş üzrə beynəlxalq turnir baş tutub. Bu turnirdə bizim sərbəst güləşçilərimiz Teymur Məmmədov (63 kq) qızıl medal, Əliabbas Rzazadə (46 kq), Hacımurad Maqomedsəidov (76 kq) və Maqomedrəsul Qazimaqomedov (85 kq) isə bürünc medal qazanıblar.

OXŞAR XƏBƏRLƏR