Güllə yarası alan deputat Fazil Mustafa əməliyyat olunub.
Ailəsindən AZXEBER.COM-a verilən məlumata görə, bu gün evinin qarşısında iki güllə yarası alan millət vəkili Fazil Mustafa xəstəxanaya yerləşdirilib.
O, 1 saylı Kliniki Tibbi Mərkəzdə əməliyyat olunur.
Qeyd edək ki, millət vəkilinə olan sui-qəsdin məqsədi onu öldürmək olub.