“Gülnar Əhədə deyirdi, gəlmə, qapını açmayacağam” - VİDEO

“Gülnar Əhədə deyirdi, gəlmə, qapını açmayacağam” - VİDEO
SOSİAL
22:16 23.02.2022
998
Xəbər verdiyimiz kimi, fevralın 20-də Bakıda qətl hadisəsi baş verib. 1983-cü il təvəllüdlü Qaraxanova Gülnar Malik qızı və onun övladları - 2008-ci il təvəllüdlü Qaraxanlı Lamiyə Fəsahət qızı, 2011-ci il təvəllüdlü Qaraxanlı Ataxan Fəsahət oğlu qohumları Əhəd Əliyev tərəfindən bıçaqlanaraq qətlə yetiriliblər.

AZXEBER.COM xəbər verir ki, ailəsi qətlə yetirilən Fəsahət Qaraxanov "AStar” yutub kanalına hadisə ilə bağlı danışıb.

Fəsahət Qaraxanov beynəlxalq yükdaşıma ilə məşğuldur, TIR sürücüsü kimi fəaliyyət göstərir. Qətl tərədilərkən Rusiyada olub və səhəri gün Rusiya-Azərbaycan sərhədini keçərək dəfn mərasiminə gəlib.

Ev almaq istəyən ailə 10 il əvvəl bir dəfə dələduzluğa məruz qalaraq pulunu itirib. Məhkəmə işi yekunlaşandan sonra pulun müəyyən bir hissəsi – 25 min manat ailəyə geri ödənilib. Bu məbləğ  təxminən 8 ay əvvəl qaytarılıb.

F.Qaraxanov bildirib ki, evdə 25 min manat olub:

"Ev almaq istəyirdik, arada da üstünə əlavə verirdim ki, pul yığılsın” .

O, Əhəd Əliyevlə əlaqəsinin olmadığını deyib:

"Borclarına görə telefonu söndürürdü, telefon da işlətmirdi. Yoldaşı ondan pulsuz, fırıldaqçı, yalançı olmasına görə ayrılmışdı.

O adam müəllim olub, direktor olub, Kərbəla şəhərinə gedib-gəlib, ona görə inanmazdım. Heç gözləməzdim, ağla gəlməzdi. Mənə dedilər, bunu edən ailəni bilən adamdır, qohumdur, dedim yox, qohum ola bilməz. Bu çıxdı qatil.

Heç olmasa işgəncə ilə öldürməyəydi, insanı güllələyərlər, o başqa şey, biri də var ki, işgəncə verib öldürüblər. İşgəncə ilə öldürməyəydi gərək, bu yara məndə həmişə qalacaq. Allahın qəzasıdır. Allah da deyir ki, gərək səbirli olasan, dözəsən, nə edim, başqa yolum yoxdur. Dözəm, yaşadam gərək onları”.

Mərhum Qaraxanova Gülnarın anası Gülbacı Soltanova deyib ki, Əhəd Əliyevin belə bir hadisə törədəcəyinə inanmayıblar:

"Qoynumda ilan bəsləmişəm. Əhəd ola, belə şey edə, heç cür inanmadıq. Deyirik, nə isə içib, ağlı çıxıb başından. Uşaqlar Əhədi, Əhəd də uşaqları çox istəyirdi. Evlərinin həmişə qapıları bağlı olurdu. Qızım gedirdi işə, uşaqlara deyirdi, qapını heç kəsə açmasınlar, qorxurdu.

Heç Əhədə də qapını açmırdılar. Əhədin özünə deyirdi ki, yoldaşım evdə yoxdur, gəlmə evə, qapını açmayacağam. Əhəd onu izləyib, girib içəri. Bilib ki, qapını açmayacaq”.

Mərhumun qohumu Şahlar Məlikov qeyd edib ki, mərhum Gülnar Qaraxanovanın alnında bıçaq kəsiyi olub:

"Görünür, onun boğazını kəsmək istəyib, müqavimətlə rastlaşanda yeddi bıçaq vurub. Xanımı içəri salıb, uşaqların səs-küyü gələndə, oğlanın boğaz hissəsini kəsmişdi, qız uşağında dörd bıçaq yeri var, bir də amansızlıqla boğazı kəsilmişdi. Hər iki uşaq yataqda idi”.
 
 
Xatırladaq ki, fevralın 20-si saat 14 radələrində Nizami rayonu ərazisində kirayədə yaşadıqları evdə 1983-cü il təvəllüdlü Gülnar Qaraxanova və iki azyaşlı övladının kəsici-deşici alətlə aldıqları xəsarətlərdən ölmələri faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İran dronu Dubaydakı 23 Marina göydələninə çırpılıb
22:52 07.03.2026
İran dronu Dubaydakı 23 Marina göydələninə çırpılıb
Azərbaycan Dövlət Departamentinin İranın dron hücumları ilə bəyanatını yüksək qiymətləndirib
22:36 07.03.2026
Azərbaycan Dövlət Departamentinin İranın dron hücumları ilə bəyanatını yüksək qiymətləndirib
Hakan Fidan Türkiyə və Azərbaycanla bağlı İrana xəbərdarlıq edib
22:33 07.03.2026
Hakan Fidan Türkiyə və Azərbaycanla bağlı İrana xəbərdarlıq edib
Türk dövlətləri Azərbaycan və Türkiyəyə güclü dəstəklərini ifadə ediblər
22:22 07.03.2026
Türk dövlətləri Azərbaycan və Türkiyəyə güclü dəstəklərini ifadə ediblər
Prezidentdən Beynəlxalq Qadınlar Günü münasibətilə paylaşım - Foto
22:15 07.03.2026
Prezidentdən Beynəlxalq Qadınlar Günü münasibətilə paylaşım - Foto
İrandan Azərbaycana 10-a yaxın diplomat təxliyə olunub
22:06 07.03.2026
İrandan Azərbaycana 10-a yaxın diplomat təxliyə olunub
ABŞ Dövlət Departamentindən İranın Azərbaycanı hücumu ilə bağlı - AÇIQLAMA
21:52 07.03.2026
ABŞ Dövlət Departamentindən İranın Azərbaycanı hücumu ilə bağlı - AÇIQLAMA
Orban: Macarıstan Azərbaycana hər bir dəstək göstərməyə hazırdır
21:32 07.03.2026
Orban: Macarıstan Azərbaycana hər bir dəstək göstərməyə hazırdır
TDT Xarici İşlər Nazirləri Şurası Yaxın Şərqdəki vəziyyətlə bağlı birgə bəyanat yayıb
21:16 07.03.2026
TDT Xarici İşlər Nazirləri Şurası Yaxın Şərqdəki vəziyyətlə bağlı birgə bəyanat yayıb
Ceyhun Bayramov TDT Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasında iştirak edib
21:13 07.03.2026
Ceyhun Bayramov TDT Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasında iştirak edib
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
21:01 07.03.2026
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
TDT-nin baş katibi İranın Naxçıvana PUA hücumlarını pisləyib
20:38 07.03.2026
TDT-nin baş katibi İranın Naxçıvana PUA hücumlarını pisləyib
İsrailin Livana hücumları nəticəsində 294 nəfər ölüb
20:27 07.03.2026
İsrailin Livana hücumları nəticəsində 294 nəfər ölüb
Salyanda azyaşlını avtomobil vuraraq öldürüb
20:16 07.03.2026
Salyanda azyaşlını avtomobil vuraraq öldürüb
Azərbaycan və Türkiyə XİN başçıları İranın Naxçıvana dron hücumlarını qətiyyətlə pisləyiblər
19:59 07.03.2026
Azərbaycan və Türkiyə XİN başçıları İranın Naxçıvana dron hücumlarını qətiyyətlə pisləyiblər
Efiopiyanın Baş naziri İlham Əliyevə zəng etdi
19:48 07.03.2026
Efiopiyanın Baş naziri İlham Əliyevə zəng etdi