Gülsel Səfərova Kosta Rikaya gedir

GƏNCLİK
15:20 03.09.2013
1921
08-12 sentyabr, 2013-cü il tarixində Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının (AGAT) sədri Gülsel Səfərova Kosta Rikada keçiriləcək Qlobal Gənclər Sammitində iştirak edəcək. 
Demək olar ki, bütün dünya dövlətlərinin fəal gəncləriin təmsil olunduğu bu sammitdə gənclərin qərar qəbuletmə prosesində iştirakı, beynəlxalq siyasətə təsiri və informasiya texnologiyalarının gənclərə təsiri əsas prioritet mövzular olacaqdır.
AGAT sədri G. Safarova Sammit çərçivəsində təşkil olunacaq “Gənclər, İKT və İnnovasiya” panelində çıxış etməsi gözlənilir. G. Safarova ölkəmizin İKT üzrə əldə etdiyi uğurlar, əsasən yeni yaranmış İKT Fondu, kommunikasiya və informasiya texnologiyaları üzrə həyata keçirilən dövlət proqramları və gənclərın İKT-dən aktiv şəkildə istifadə etməsi barədə danışacaqdır. AGAT sədri eyni zamanda tədbir çərçivəsində debatlarda iştirak edəcək, Azərbaycanda aparılan uğurlu gənclər siyasəti barədə dünya gənclərinə məlumat verəcəkdir.

OXŞAR XƏBƏRLƏR