Islam dünyasının böyük alimlərindən olan Mahmud Şəbüstəri Təbrizinin “Gülşəni-raz” (“Sirr bağçası”) əsəri ilk dəfə 24 yaşlı azərbaycanlı müəllif serqsunas, Azerbaycan Milli Ensiklopediyasi Elmi Merkezinin elmi redaktoru Rüstəm Tofiq tərəfindən Azərbaycan dilinə tərcümə edilib. “Gülşəni-raz” kitabı “Elm və təhsil” nəşriyyatında çapdan çıxıb. Bu, fars dilində olan əsərin ilk tam poetik tərcüməsi və çətin anlaşılan beytlərin şərhidir. Əsərdə İslam irfanının nəzəri və əməli bəhsləri əhatə olunub, bütün mövzular Quran ayələri ilə əsaslandırılıb. Mahmud Şəbüstəri Təbrizinin miladi tarıxlə 1317-ci ildə qələmə aldığı əsər Əmir Hüseyn Hərəvinin göndərdiyi 15 irfani suala cavablardan ibarətdir.