Gültəkin Hacıbəyli etiraf etdi: "Avropa bizə dəstək verir"

Gültəkin Hacıbəyli etiraf etdi: "Avropa bizə dəstək verir"
SİYASƏT
16:25 08.04.2017
1869
Xəbər verdiyimiz kimi, bu gün Milli Şura Məhsul stadionunda icazəli mitinq keçirib.
 
AZXEBER.COM-un məlumatına görə, mitinqdə Milli Şuranın Koordinasiya Şurasının üzvü Gültəkin Hacıbəyli də çıxış edib.
 
Çıxışı zamanı olduqca həyəcanlı olduğu görünən və cümlələri qura bilməyən Gültəkin Hacıbəyli maraqlı məqamlara toxunub. 
 
O mitinqdə Avropadan dəstək aldıqlarını etiraf edib: "Bəli, biz qəbul edirik ki, Avropa bizə dəstək verir. Bundan başqa Avropadan bəyanatlar gəlir, ancaq bizim ən böyük mədət yerimiz Azərbaycan xalqı olmalıdır".
 
Hacıbəylinin bu çıxışı mitinq iştirakçıları tərəfindən də birmənalı qarşılanmayıb.
 
Qeyd edək ki, mitinqdə Avropa Birliyinin bayraqları da dalğalanıb. 
 

OXŞAR XƏBƏRLƏR