AZXEBER.COM xəbər verir ki, müğənni Niyam Salami yayılan bu xəbərin əsassız olduğunu söyləyib:
"Bilirsiniz ki, Gülü xanım mənimlə birgə uzun müddətdir ki, restoranımızda çalışır. Onu xanım aşbazların üzərində nəzarətçi qoymuşam. Gülü xanım yanımda, qanadımın altındadır. O, özünü yanımda çox gözəl hiss edir. Özü də çox çalışqan bir insandır. Səhər tezdən gəlir, axşam saat 6-da gedir evinə. O, evini satmayıb. Niyə axı o, mənzilini satmalıdır? Gülü özü də bu yalan xəbərlərdən bezib, təngə gəlib. Deyir "səhərdən bu xəbərlə bağlı jurnalistlər zəng vurub, narahat edir". Amma bu xəbər kökündən yalnışdır. Gülü xanımın adından bildirirəm ki, ev satılmayıb, Gülü xanım da orada yaşayır".
Aysel