Gülüstan Əliyeva yeni layihəsini Milli Musiqi Gününə həsr etdi - VİDEO-FOTO

Gülüstan Əliyeva yeni layihəsini Milli Musiqi Gününə həsr etdi - VİDEO-FOTO
MƏDƏNİYYƏT
16:21 18.09.2025
157
Əməkdar artist Gülüstan Əliyeva 18 sentyabr - Milli Musiqi Gününə  həsr etdiyi  fərqli layihəsini sevənlərininin ixtiyarına verib. 

AZXEBER.COM xəbər verir ki, sənətkar xanım "Əsr türkün əsridir” adlı türkcülüyə həsr olunmuş yeni klipini təqdim edib. 

Layihədə Türk xalqlarının birliyi, tarixi və mədəni bağlılığı tərənnüm edilir.  

Çəkilişləri Şuşa, Laçın və Qubada baş tutub. 

Klipin rejissoru Faiq Əliyevdir. Mahnının sözləri professor Mahirə Nağıqızına, musiqisi isə Qoçaq Əsgərova məxsusdur.  Aranjiman üzərində isə "Ethno Class” musiqi qrupu çalışıb.

Mahnının ruhuna uyğun olaraq, nəqərati 4 dildə - Qazax, qırğız, türkmən və özbək dilində ifa olunub. Klipdə Orxon Yenisey əlifbasından istifadə edilərək, Azərbaycan təkəlduz sənətinə məxsus xüsusu geyimlər hazırlanıb. 

Layihədə türk xalqlarına məxsus qədim alətlərdən, şamanizmi əks etdirən qavaldan istifadə olunub.

Ekran işi Əməkdar artistin yutub kanalında, mahnı isə bütün musiqi platformalarında yayımlanıb.

 

 

 

 


 



OXŞAR XƏBƏRLƏR