Günay İbrahimli: Türkiyədə bizi istəmirlər, ora getməyin -VİDEO

Günay İbrahimli: Türkiyədə bizi istəmirlər, ora getməyin -VİDEO
MAQAZİN
16:06 15.12.2015
5717
ATV-də yayımlanan "Mənim dünyam" verilişində maraqlı anlar yaşanıb.
AZXEBER.COM xəbər verir ki, verilişdə qonaq olan müğənni Günay İbrahimli növbəti dəfə qalmaqallı açıqlama verib.
O Türkiyədə yarışmalara qatılan həmyerlilərimizi tənqid edib: Mən heç razı olmaram ki, gedib Türkiyədə səhnəyə çıxım. Çünki mən fikir verirəm ki, Azərbaycan müğənniləri ora gedəndə hamısı yarı yolda qalır. Ona görə də orada gedib, oxumaq məsləhə deyil. Mənə də dəfələrlə təklif gəlib ki, gəlin biz sənin Türkiyədə tanınmağın üçün hər şey edək. Ancaq mən razılaşmamışam çünki orada bizi istəmirlər, Azərbaycan müğənnilərinin irəli getməsini istəmirlər".
Daha sonra verilişin aparıcısı Nisə Qasımova Günaydan canlı mahnı oxumasını istəyib, müğənni isə bundan imtina edib.
Həmin görüntüləri təqdim edirik:
OXŞAR XƏBƏRLƏR