Günay İbrahimli və Elçin Cəfərov konsert verəcək - FOTO
MAQAZİN
21:34 06.09.2014
2534
Müğənni Günay İbrahimli və Elçin Cəfərov Moskvadakı konsert öncəsi mətbuat konfransı keçirəcəklər.Bu barədə AZXEBER.COM-a gecənin təşkilatçısı “Azərbaycan Mədəniyyət Studiyası”nın və "Nar" prodakşının rəhbəri Samirə Zeynalova məlumat verib. O bildirib ki, jurnalistlərlə görüş sentyabrın 16-da "Sappire" oteldə baş tutacaq. Mətbuat konfransında bu və digər konsertlərlə bağlı jurnalistlərə məlumat veriləcək.Qeyd edək ki, konsert oktyabrın 16-da Moskvada “B2” klubda keçiriləcək. “Azəri Party” adlı gecədə modelyer Zümrüd Mirzəliyevanın libasları da nümayiş olunacaq. Konsertin aparıcıları ATV-də yayımlanan “Piknik” verilişindən tanıdığımız Kəmalə Piriyeva və İslam Mehrəliyev olacaq. Təşkilatçı S.Zeynalova onu da əlavə edib ki, noyabrın 21-də Moskvada xalq artisti Alim Qasımovun konserti də gerçəkləşəcək. Gecənin aparıcısı isə Zaur Nəboğlu olacaq.