Günay İbrahimli yenə fanatlarını sevindirəcək - AÇIQLAMA
MAQAZİN
16:48 05.02.2013
2762
Tanınmış gənc müğənni Günay İbrahimli klip çəkilişlərinə hazırlaşır.AZXEBER.COM-un məlumatına görə, bu sözləri müğənnin produsseri Təranə Səmədova deyib. “Yeni albomu üzərində çalışan Günay, bununla yanaşı “Özüm də sənsən” mahnısına klip çəkdirməyi planlaşdırır. Klipin çəkilişləri ayın sonuna qədər bitəcək. Bununla yanaşı, yeni mahnı üzərində çalışırıq. Bu barədə hələ ki, ətraflı danışmaq istəmirik. Qoy sürpriz olaraq qalsın.” Qeyd edək ki, musiqisi Ceyhun Əliyev, sözləri Nuriyyə Əhmədovaya aid olan “Özüm də sənsən” mahnısının oranjmanı isə Tərlan Məmmədhüseynova məxsusdur.Onu da qeyd edək ki, Günay İbrahimlinin mahnıları "youtube"də izlənmə rekordları qırır.