Günay İbrahimlinin sevgilisi var?

MAQAZİN
00:15 02.02.2013
3747
Tanınmış müğənni Günay İbrahimli şəxsi həyatından danışıb. Şəxsi həyatının olmadığını deyən İbrahimli “müğənni sevmədən oxuya bilməz ” fikri ilə razılaşmadığını da bildirib. 
SİA-ya açıqlama verən Günay etiraf edib: “Şəxsi həyatım yoxdur. Elə buna görə də jurnalistlər şəxsi həyatımdan sual vermirlər. Amma məni kiminləsə görsəydilər, mütləq adımı hallandırardılar. Bir şeyi də nəzərinizə çatdırım. Bəzən deyirlər ki, müğənni sevmədən oxuya bilməz. Mən bu fikirlə razılaşmıram. Çünki ifaçının səsini və ürəyini Allah verir”

OXŞAR XƏBƏRLƏR