Günay İradənin cavabını verdi: "Həyat yoldaşınızla kiməsə acıq verməyin"

Günay İradənin cavabını verdi: "Həyat yoldaşınızla kiməsə acıq verməyin"
MAQAZİN
13:31 04.12.2017
1179
Ötən gün Türkiyədə yaşayan müğənni İradə İbrahimova ATV-də yayımlanan "ATV Maqazin 10larla”da qonaq olub.
 
AZXEBER.COM Primetime.az-a istinadən xəbər verir ki, İradə bir zamanlar həmkarı Günay İbrahimlinin özünü ona bənzətdiyini bildirib: "Bəli, əvvəllər elə start götürmüşdü. Amma gördü ki, belə davam edə bilməz. O yerin sahibi var. Əslində səs rəngini də bəyənirəm. Aramızda elə bir münasibət yoxdur. Kaş ki, özünü heç kimə bənzətməyə. Onu bir az da Röyaya oxşadıram”. İfaçı həmkarının "İradəni orada tanıyan yoxdur” fikrinə belə aydınlıq gətirib: "Mən bunu etiraf edirəm ki, məni orada tanıyan yoxdur. Misal üçün, Cem Yılmazın tanıması mənə kifayət edər. İnşallah, məni yox, Günayı tanıyarlar”. O, Azərbaycan şou-biznesində olmamasının səbəbini də açıqlayıb: "Mən heç Azərbaycan şou-biznesində olduğumu iddia etmirəm. Heç vaxt əvvəlki tempdə çalışa bilmərəm. Çünki övladlarım və ailəm var. Allah ona da qismət etsin”.
 
Günay İbrahimli də həmkarına cavab verməkdən çəkinməyib.
 
O, İradənin ailəsi ilə gündəmə gəldiyini bildirib: "İndi də şou-biznesdə təzə dəb yaradıblar. Ailə ilə gündəmə gəlib bir-birilərinə acıq vermək istəyirlər. Onsuz da ailənizdən başqa gündəmə gələcək bir şeyiniz yoxdur. Amma əriniz və uşaqlarınız başqasına acıq vermək üçün bir vasitəyə çevrilməməlidir, həyat yoldaşınızla kiməsə acıq verməyin. Ailə sizin şəxsiyyətiniz, həyatınızın ən böyük qazancıdır, kimisə "vurmaq” üçün alət etməyin. Ailəli olub karyerasını davam etdirən, ən böyük nailiyyəti əldə edənlər də az deyil. İkisini birgə edə bilmirsizsə, susun”.
OXŞAR XƏBƏRLƏR