Günay Malikqızı ''İrəli' 'Yeni Media Akademiya'da

GƏNCLİK
15:50 17.07.2012
2179
16 iyul 2012-ci il tarixində “Yeni Mediya Akademiya 3” layihəsinin iştirakçıları peşəkar jurnalist, “Space” və “Lider” telekanallarında xəbər aparıcısı kimi çalışmış, hazırda Park Bulvar AVM-nin PR meneceri Günay Malikqızı ilə görüşüblər. Qonaq xəbərin hazırlanması, yığılması, əsas xəbərin necə seçilməsi, xəbərdə olan keçidlərdən, anonslardan düzgün istifadə yollarını iştirakçılara izah edib və bildirib ki, xəbərin yaxşı alınması üçün ilk olaraq xəbərə münasibət olmalı, xəbərin yığılması zamanı tamaşaçının rəyi nəzərə alınmalıdır. PR sahəsi ilə bağlı düşüncələrini də tələbələrlə bölüşən Günay Malikqızı bu sahənin jurnalistikadan daha çətin olduğunu qeyd edib: “Jurnalistin əsas vəzifəsi informasiyanı çatdırmaqdırsa, PR sahəsində çalışanlarda isə fərqlidir. Onlar əslində yüksək nəticə gözlədikləri işin sonunda əksini də görə bilərlər”. O, bununla belə,PR sahəsinin maraqlı olduğunu və bu sahədə əsas ünsiyyət faktorunun rol oynadığını bildirib. Müzakirə zamanı iştirakçılara öz tövsiyyələrini verən jurnalist hər zaman onlara tənqidə açıq olmağı bildirib və qeyd edib ki, tənqid insanın özünə baxışını formalaşdırır və təkmilləşdirir. Görüş müzakirələr şəklində davam edib. Eyni zamanda iştirakçılara praktik tapşırıqlar verilib və onların qabiliyyətləri nəzərdən keçirilərək, onlara düzgün istiqamət göstərilib. Sonda tələbələri maraqlandıran suallar qonaq tərəfindən cavablandırılıb

OXŞAR XƏBƏRLƏR