Günay Musayeva azərbaycanlı jurnalisti ölümlə hədələdi - FOTOLAR

MAQAZİN
17:00 11.06.2013
14350
Hər il olduğu kimi bu ildə “Qrand” Milli İctimai Mükafatının sahiblərinə təqdimetmə mərasimi keçirilib. “V&V” şirkəti tərəfindən təşkil olunan mərasim qalmaqalsız ötüşməyib.Belə ki,mükafatlandırma mərasiminə Türkiyədən dəvət olunmuş qonaqlar “Öylə bir keçər zaman ki...” serialının Əli Kaptanı - Ərkan Petekkaya, Cəmiləsi - Ayça Bingöl, “Möhtəşəm yüz il” serialının Şahzadə Məhmədi - Gürbəy İləri, müğənni Sinan Akçıl və “Ebruli” proqramının aparıcısı Ebru Şallı tədbir bitdikdən sonra 1saat müddətində avtombillərini gözləməli olublar.Qonaqlar model tanınmış model Gunay Musayeva iradlarını bildirərək, taksiyə minib oranı tərk ediblər.Hadisələri anbəan şəxsi kamerası ilə lentə alan “Plyus-Minus” verilişinin repartyoru Tural Ozan təhqirə və hədələrə məruz qalıb.Belə ki, Gunay Musayeva repartyora yaxınlaşaraq onu təhqir edib, hədələyibvə kamerasına zərər yetirib.T.Ozan AZXEBER.COM-a açıqlamasında bunları bildirdi: "G.Musayevanın bu hərəkətinə görə məhkəməyə müraciət edəcəyəm.O, mənə maddi və mənəvi ziyan vurub.Onlar ailəlikcə bu işlə məşquldurlar. Gunayın yoldaşı Tolga da Türkiyədə sərxoş halda jurnalistlərlə rəftarını bilmir. Görünür Gunay da ona baxıb öyrənir. Amma bura Türkiyə deyil".

OXŞAR XƏBƏRLƏR