Günay Musayeva çılpaq şəkillərindən danışdı: Daha məndən heç bir xəbər yazmayın

MAQAZİN
15:06 28.02.2013
9853

Türkiyədə yaşayan model Günay Musayeva son vaxtlar mediada haqqında çıxan xəbərlərdən narahat olub.

Dünən “Olaylar” qəzetində dərc edilən “Günay Musayeva “ermənilər öndə getməyi sevən xalqdır”ı paylaşıb” başlıqlı xəbəri Musayevanı özündən çıxarıb.Yazıda modelin “Facebook” səhifəsində “hər şeyi düşmənliklə bağlamaq lazım deyil. Ermənilər mübariz, hər zaman öndə getməyi sevən, dişbaş xalqdır” statusunu paylaşdığı qeyd edilib.

Məsələyə münasibət bildirən G.Musayeva bunun jurnalistin uydurması olduğunu bildirib:

“Mənim iki gündür Xocalı soyqrımı ilə bağlı paylaşdığım statuslar, yazılar səhifəmdə qalır. Bunu yazan kimdirsə, açsın, yaxşı baxsın. Bəzi jurnalistlər reytinq uğruna yalan uydururlar. 8 martda Bakıya yenə gələcəkdim. Amma çətin kidaha buraya qayıdım. Türkiyədə mənə qoyulan hörmətin yüzdə beşini siz də etsəniz, yaxşı olar”.

O, dünən yayılan və böyük səs-küy doğuran çılpaq şəkillərindən də söz açıb:

“Üç il bundan əvvəl çəkdirdiyim, yayımlanması qadağan olunan fotolarım paylaşılıb. Bunun səbəbi isə həmin fotoları yayan insanı ad günümə çağırmamağımdır. Mən həmin insanı dostluğumdan silmişəm və ismarıclarına cavab vermirəm. Şəkillərimi icazəsiz öz səhifəsinə qoyduğu üçün fotoqrafı polisə verdim. Bakıda Günay Musayevadan başqa adam yoxdur? Daha mənim haqqımda heç nə yazmayın. Bundan sonra heç bir xəbər istəmirəm”. //axsam.az

OXŞAR XƏBƏRLƏR