Günay Musayeva indi də İlhamə Quliyevaya 'ilişdi'

Günay Musayeva indi də İlhamə Quliyevaya
MAQAZİN
12:40 27.06.2013
15479

Xalq artistləri İlhamə Quliyeva ilə Aygün Kazımova arasındakı qalmaqal səngimək bilmir. 

Ətrafdakılardan bu söz-söhbətə münasibət bildirməkdən çəkinməyənlərdən biri, bəlkə də birincisi olan Türkiyədə çalışan azərbaycanlı model, aktyor Tolqa Karelin həyat yoldaşı, bir övlad anası Gunay Musayevadır. 

O, A.Kazımovaya məxsus Facebook səhifəsində qalmaqalla bağlı bunları qeyd edib:

Nə istəyirlər Bakıdakı bəzi insanlar Aygün Kazımovadan, başa düşmürəm. Buraxın artıq bir insanın üstünə bu qədər getməyi. Danılmaz faktdır ki, Aygün Azərbaycan estradasında çox böyük yeniliklər etdi, illərdir bütün həyatını sənətə həsr etdi. İndi arxasınca danışanlar vaxtilə Aygün xanımı örnək alanlardır. Axı bizim insanlar niyə irəli gedənlərin ayaqlarından çəkməyə çalışırlar? Bu kin, bu qısqanclıq nəyə gərəkdir? Axı niyə dəstək olmaqdansa, gözdən salmağa çalışırıq? Bir şeyi də unutmayaq ki, bu, mənə də aiddir: ”Arxandan danışılırsa, sən öndəsən”. Ona görə də mən fikir vermirəm yazılanlara və ciddi almadığım üçün cavab vermirəm. Ok?! Qaldı A.Kazımova ilə bağlı yazdıqlarıma, o, 2010-cu ildə “Best Model of Azerbaijan” zamanı efirə canlı bağlanaraq məni dəstəklədi. Bəzilərinin isə iç üzünü açdı. Mən o günü unutmadım. Və indi özümə borc bildim ki, həqiqəti yazım. Kim nə etsə də, danışsa da, Aygün Azərbaycanın super starıdır!

“Qrand-2012” təltifetmə mərasimində İlhamə Quliyeva da vardı. Özünü şəxsən tanımıram, amma əlbəttə ki, hörmətim var. Lakin orda elə bir söz dedi ki, ona olan hörmətim bir anda itdi. Səbəbi?!

Sınan Akçil səhnəyə çıxdı və heç tanımadığı İlhamə Quliyevanın yanına gəlib, əlindən öpdü, hörmət göstərdi. Bunu türk TV kanalı da yayımladı. Amma çox təəssüf ki, İlhamə xanım “Tı kto takoy, davay do svidaniya” meyxanasının sözlərini söylədi. Sınan rusca bilmədiyi üçün başa düşmədi, mən isə tərcümə etmədim ki, ayıbdır. Mən İlhamə xanımın bu sözlərindən çox utandım. Evimizə gələn qonağa bu hörmətsizlik nəyə lazım axı? O sənə sayqısızlıq etmədi və hər kəsə sayqılı yanaşdı, səmimi oldu. Tərbiyəsi ilə, əfəndiliyi ilə hər kəsin sevimlisi oldu. İndi də deyirmiş ki, Aygünün əlindən alınsın o adı. O ad Aygünə dövlət tərəfindən verilib və haqqıyla qazanıb. Uydurma titullardan deyil. Mənim haqsızlığa təhəmmülüm yoxdur. Bu, hər kəsə aid deyil. Dostumu, tanıdığım birini belə asanlıqla ələ vermərəm! Bir az ədalət, bir az sevgi, bir az insanlıq olsun ürəyinizdə. İnsanların sevgisini qazanın, nifrətini deyil".

OXŞAR XƏBƏRLƏR