Günay Musayeva Rusiyadan təklif alıb

MAQAZİN
14:45 04.10.2013
1279

Türkiyədə yaşayan azərbaycanlı model Günay Musayeva “Rusiya 1” telekanalından təklif alıb.

AZXEBER.COM xəbər verir ki, o, Rusiyanın tanınmış rejissoru Murad Əliyevin “Türk tranziti” adlı bədii serialında baş rola çəkilir. 8 hissədən ibarət olacaq serialda G.Musayeva Şahnur adlı obrazı canlandırır.G.Musayeva hazırda Rusiyanın paytaxtı Moskvada aparılan çəkilişlərin bir hissəsində iştirak edib.Serial rus yazarı Vladimr Qrinkovun “Türk tranziti” bestsellerinin motivləri əsasında çəkilir. Serialda tanınmış kinoaktyorlar Yanina Studilina, Boris Şerbakov, Yulya Melnıkova, Eldar Lebedev, Vladimr Jerebsov, Larisa Kadocinkova, Beso Qataev, Maksim Vajov, Aleksandr Lobanov rol alıb.G.Musayeva Türkiyədə keçirilən kastinqə qatılan 380 adam arasından seçilib.Qeyd edək ki, bədii serial rus-türk mafiyasından bəhs edir. Rusiyalı əkiz bacıların mafiya tərəfindən oğurlanaraq Türkiyəyə gətirilməsi və daha sonra onların başına gələn hadisələrdən bəhs edir.G.Musayevanın oynadığı Şahnur obrazı isə aristokrat bir ailədən gələn gözəl, eyni zamanda, qəddar və kinli türk qadınıdır.“Türk tranziti” bədii serialı gələn aydan nümayiş olunacaq.

OXŞAR XƏBƏRLƏR