İstanbulda 24-cü dəfə “Best Model of the World 2011” yarışması baş tutub. ANS PRESS-in məlumatına görə, builki yarışmanın münsif heyətində həmyerlimiz “Best Model of the World 2010” yarışmasının 2-cisi Günay Musayeva dünyanın ən yaxşı manekenini seçib. Günay gecəyə Türkiyənin tanınmış modelyeri Erol Albayrakın xüsusi geyimində qatılıb. Bu il “Best Model” adını türkiyəli model, Günayla eyni model agentliyində çalışan Furkan Palalı və kolumbiyalı model Silvia Catalina Acevedo qazanıb. “Best Model of Turkey”in birincisi Tuğba Melis Türk isə “Best Model of The World”də ikinci sırada yer alıb.