Türkiyədə yaşayan və fəaliyyət göstərən model Günay Musayeva dünən Azərbaycanın İstanbul şəhərindəki Baş Konsulluğunda prezident seçkiləri ilə bağlı səsvermədə iştirak edib.
AZXEBER.COM-un məlumatına görə, model ölkə prezidentinə səs verib. Bu barədə Musayeva şəxsi Twitter hesabından bildirib: "Konsulluğa gedirəm təbii ki, səsim cənab İlham Əliyevə olacaq. Ona görə ki, son illərdə Azərbaycanın hərtərəfli inkişafı mənimdə gözümdən qaçmır ve qürurvericidir ki, İhamla irəli, İlhamla davam deyirəm. Gəlin qəbul edək ki, İlham Əliyevin alternativi yoxdur. Ümid edirəm ki, seçim doğru nəticələnəcək və əvəzolunmaz lider İlham Əliyev yenə hakimıyyətin başında olacaq və dogma ölkəm yenədə əmin əllərdə irəliləyəcək." Seçkinin nəticəsi açıqlanandan sonra isə model və həyat yoldaşı aktyor Tolqa Karel rəsmi instaqram hesabından ölkə başçısının Azərbaycan bayrağı ilə olan şəkilini paylaşıb.


