Günay Musayevanın əri ilə öpüşən qadın danışdı - FOTOLAR

Günay Musayevanın əri ilə öpüşən qadın danışdı - FOTOLAR
MAQAZİN
14:35 08.02.2012
6482
Azərbaycanlı model Günay Musayevanın əri, tanınmış türk aktyoru Tolqa Karellə öpüşərkən görüntülənən Gülşah Çağlayan danışıb.Türkiyə mətbuatının yazdığına görə, 20 yaşlı model Tolqa Karel və Günay Musayevanın tələsinə düşdüyünü bəyan edib.Gülşah Çağlayan Tolqa Kareli bir ildir tanıdığını və həmin gecə aktyor tərəfindən gəzməyə dəvət edildiyini bildirib: "Günay Musayeva ilə də o gecə tanış oldum. Birlikdə əyləndik. Sonra başqa bir məkana getməyə qərar verdik. Çıxışda Günay başqa maşına mindi. Mən maşında gözləyərkən Tolqa televiziya əməkdaşlarına müsahibə verdi. Yolda Günay bizim maşına mindi. Sonra "Mən evə gedəcəm" dedi və maşından düşərək taksiyə mindi", - model deyib.Gənc qadın sonra baş verənləri belə danışıb: "Başqa bir məkana getdik. Lakin idman geyimində olduğu üçün Tolqanı içəri buraxmadılar. O da köməkçisinin şalvarını geyindi. Amma şalvar tez-tez əynindən düşürdü. Çox sərxoş oldu və ayaq üstdə dura bilmədiyi üçün mən də ona kömək etmək üçün şalvarı tutdum. O isə məni özünə tərəf çəkdi və öpdü. Rəsmən tələyə salındım. Məncə, həmin gecə kameraları Tolqanın özü çağırmışdı. Qurduğu oyunda isə məndən istifadə etdi".
OXŞAR XƏBƏRLƏR