Günayı nişanlısının öldürməsi faktı təsdiqlənir

Günayı nişanlısının öldürməsi faktı təsdiqlənir
Bütün Xəbərlər
00:41 05.09.2013
8339

Metropolitenin işçısı Günay Məmmədovanın atası Hüseyn Məmmədov Publika.Az-a müsahibəsində qızının faciəli ölümündə onun nişanlısını günahlandırıb.

O bildirib ki, bu iddianı sübut edəcək görüntülər hadisə yerində quraşdırılan kameralara da düşüb.

AZXEBER.COM xəbər verir ki, AzNews.az məsələyə aydınlıq gətirmək üçün Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədovla əlaqə saxlayıb.

Hadisənin baş verdiyi ərazidə kameraların quraşdırıldığını təsdiqləyən V.Əsədov bildirdi ki, şəxsən hadisəni kamera vasitəsilə izləməyib. Amma kamera quraşdırılıbsa, deməli, hadisə də kameralara düşüb.

"BMW X5"-in sürücüsü Təhmin Vəliyevin mətbautda Günayın maşından özünü atmasını təkzib etməsinə gəlincə, işi aparan müstəntiq Cəmşid Əliyev bildirib ki, o, hazırda təqsirləndirilən şəxs qismində saxlanılıb:

“Birincisi Təhmin Vəliyevin bu barədə ictimaiyyətə məlumat verməsi istintaq hərəkrətlərinə ziddir. İkincisi də ki, o, hazırda təcridxanadadır, mətbuata necə açıqlama verə bilər? Bu mümkün deyil.

Cinayətin əsas iştirakçısı isə hələ axtarılır. Düzdür, hadisə barədə bəzi şübhəli məqamlar var. Amma bu maqamlara Rabil Rzayev saxlanılıb ifadəsi alındıqdan sonra aydınlıq gətiriləcək”.

OXŞAR XƏBƏRLƏR