İngiltərənin Kornuoll şəhərində yaşayan 41 yaşlı Conatan Plummer gündə 10 litr su içib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, həkimə müraciət edən kişinin daimi susuzluğunun səbəbinin beynindəki şiş olduğu müəyyən edilib.
Kişinin çox su içməsinin səbəbi kimi həkimlər əvvəlcə şəkər xəstəliyini göstəriblər. Amma hərtərəfli analizin və rentgenin nəticəsini görmək istəyən həkimlər nəticədən məəttəl qalıblar. Həkimlər kişinin daimi susuzluğunun beynindəki şişlə bağlı olduğunu anlayıblar.
Noxudla eyni ölçüdə olan şişin hipofiz vəzini sıxdığı müəyyən edilib. Bu bölgənin susuzluqla əlaqəli olduğunu izah edən mütəxəssislər kişini əməliyyata aparıblar. Radioterapiya və kimyaterapiya prosesinə başlayan kişi 30 seansdan sonra sağlamlığına qovuşub.
Gülay